RU

99 yaşınadək prezident olacaq

Kamerun lideri Pol Biya prezident seçkisində növbəti dəfə qələbə qazanıb.

Modern.az xəbər verir ki, o, seçicilərin səslərinin 53.66%-ni toplayıb və səkkizinci müddətə dövlət başçısı seçilib.

Bildirilir ki, 1982-ci ildən hakimiyyətdə olan Prezident Pol Biya 92 yaşında səkkizinci müddətə Kamerunun prezidenti seçilib. O, daha 7 il vəzifədə qalacaq.

Kamerun Milli Xilas Cəbhəsinin rəhbəri və prezidentin əsas rəqibi İssa Çiroma Bakari 35.19% səslə ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, Kamerunda prezident seçkiləri oktyabrın 12-də keçirilib və kütləvi etirazlarla müşayiət olunub.

Избранный
9
33
modern.az

10Источники