RU

Mbappe “El-Klasiko” tarixinə adını yazdırdı

“Real Madrid”in ulduz hücumçusu Kilian Mbappe daha bir tarixi nailiyyətə imza atıb.

Fanat.Az xəbər verir ki, fransalı futbolçu XXI əsrdə ardıcıl 4 “El-Klasiko”da qol vuran üçüncü oyunçu olub.

Ondan əvvəl bu uğura yalnız Kriştianu Ronaldu və Ronaldinyo nail olmuşdu.

Mbappe bununla yanaşı, “Barselona”ya qarşı karyerasında artıq 12-ci qolunu vurub. Son qarşılaşmada da fərqlənən ulduz futbolçu görüşün “Man of the Match” (oyunun ən yaxşısı) seçilib.

Bu mövsüm ərzində Mbappe artıq 8-ci dəfə bu ada layiq görülüb. Ümumilikdə isə fransalı hücumçu son dörd “El-Klasiko”da 6 qol vurmağı bacarıb.

Kamil Xudiyev

Избранный
9
1
fanat.az

2Источники