RU

De Brüyne "Qarabağ"a qarşı oynamayacaq

Yazını böyüt
Yazını kiçilt

“Napoli”nin futbolçusu Kevin De Brüyne zədələnib.

Hafta.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "İnter"lə görüşdə zədə alan belçikalı yarımmüdafiəçinin biceps femoris əzələsində yüksək dərəcəli yırtıq aşkarlanıb. De Büyne artıq reabilitasiya proqramına başlayıb.

İtaliya mətbuatı ciddi əzələ zədəsi alan futbolçunun bir neçə aylıq sıradan çıxdığını yazib. Onun 2026-cı ilin əvvəlinə qədər meydana çıxa bilməyəcəyi gözlənilir.

34 yaşlı futbolçu bu  mövsüm "Napoli"nin heyətində 11 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xatırladaq ki, "Napoli" UEFA Çempionlar Liqasının Liqa mərhələsində noyabrın 26-da öz meydanında "Qarabağ"la görüşəcək.

Избранный
28
7
hafta.az

9Источники