RU

Kalininqrad vilayəti Litvanın məhdudiyyətlər elan etməsini təxribat adlandırıb

Regionun qubernatoru Aleksey Besprozvannıx  bildirib ki, Litva hakimiyyətinin Kalininqrad vilayətindən tranzit məhdudiyyətləri ilə bağlı bəyanatları təxribat xarakterlidir...

Poliqon xəbər verir ki, o, bu barədə öz Telegram kanalında deyib.

"Litvanın tranzit məhdudiyyətləri ilə bağlı bütün bəyanatları təxribat kimi qiymətləndirilə bilər. Bu, Litvanın 2004-cü ildə Avropa İttifaqına daxil olması şərtlərinin pozulmasıdır. İstifadə olunan üsullar təəccüblü deyil", region qubernatoru bildirib.

O qeyd edib ki, Kalininqrad vilayəti Rusiya hökuməti və ölkə prezidenti tərəfindən dəstəklənir və mütəxəssislər qonşu dövlətlərin hərəkətlərindən asılı olmamaq üçün tədbirlər görür.

Poliqon.info

Избранный
22
poliqon.info

1Источники