Britaniya və Türkiyə saziş imzaladı: Ankara 20 qırıcı təyyarə alacaq
Ajans.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin Mətbuat Xidməti məlumat verib. Məlumata görə, müqavilə Böyük Britaniyanın Türkiyəyə 20 ədəd qırıcı təyyarə satmasını nəzərdə tutur. TRT-nin məlumatına görə, Türkiyənin müdafiə naziri Yaşar Gülər ölkəsinin Qətər və Omanın hər birindən 12 ədəd olmaqla, daha 24 analoji təyyarə almağı planlaşdırdığını bildirib.