RU

340 yaşlı mağaza fəaliyyətini dayandırdı

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

İspaniyada 340 illik tarixi olan mağaza bağlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Palma-de-Mayorkadakı bu suvenir dükanının bağlanmasına səbəb iqtisadi çətinliklər olub.

Şəhərin mərkəzində yerləşən və turistlərin ən çox maraq göstərdiyi yerlərdən olan "Ca Donya Angela" suvenir və tekstul məmulatlarının satışı ilə məşğul idi. Mağazanın hazırki sahibi Mikel Agilonun sözlərinə görə, dükan indən belə muzey kimi fəaliyyət göstərəcək. Yeri gəlmişkən, Agilo "Ca Donya Angela"nın 11-ci nəsil sahibidir.

Qeyd edək ki, son illər Palma-de-Mayorkada daşınmaz əmlak kirayəsinin qiymətləri qalxdığı üçün  onlarla ictimai-iaşə müəssisəsi fəaliyyətini dayandırıb.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
525.az

1Источники