
“Hava Hücumundan Müdafiə Qüvvələri Moskvaya uçan daha iki pilotsuz uçuş aparatını vurub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin sosial şəbəkə hesabında məlumat yayıb.
“Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya uçan iki PUA-nı vurub. Qəza yerində fövqəladə xidmətlər işləyir”, - o yazıb.