Ukrayna Silahlı Qüvvələri yenidən Moskvaya PUA ilə hucum edib.
AzPost bildirir ki, dron hucumları ardıcıl ikinci gündür davam edir. Moskva vilaytində yenidən partlayış səsləri eşidilir.
SHOT-un məlumatına görə, Bronnitsı və Ramenskoye rayonunun sakinləri bir neçə güclü partlayış səsi eşidiblər.
Moskva meri Sergey Sobyanin bildirib ki, Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan iki pilotsuz təyyarəni vurub. Təcili yardım xidmətləri qəza yerində işləyir.
Jukovski hava limanı müvəqqəti olaraq bağlanıb, təyyarələrin gəlişi və uçuşu məhdudlaşdırılıb.