RU

Avropa fəlakətli səhvə yol verir - Orban

Avropa Birliyi (AB) Ukraynadakı münaqişənin həlli və gələcək Avropa təhlükəsizlik sistemi ilə bağlı Rusiya ilə danışıqlardan imtina etməklə ciddi bir səhvə yol verir.

Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban M1 televiziyasına verdiyi müsahibəsində deyib.

O, Ukrayna böhranının yalnız digər ölkələrin iştirakı ilə həll edilə biləcəyi fikrini ifadə edib.

"Buna yalnız xarici güclərin iştirakı ilə nail olmaq olar. Kimsə ruslarla sülh danışıqları aparmalıdır. Bu, ABŞ və ya Avropa ola bilər. Lakin Avropa Rusiya ilə danışıqlar aparmaq istəmir ki, bu da fəlakətli bir səhvdir", - baş nazir bildirib.
Избранный
13
1
sherg.az

2Источники