RU

Kot-d'İvuarın hazırkı prezidenti Uattara seçkilərdə yenidən qalib gəlib

Kot-d'İvuarın hazırkı prezidenti Alassane Uattara 25 oktyabrda keçirilən prezident seçkilərində qalib gələrək dördüncü dəfə prezident seçilib.

APA xəbər verir ki, bu barədə məlumatı ölkənin seçki komissiyasına istinadən “Reuters” yayıb.

Məlumata görə, Uattara səslərin 89,77%-ni toplayıb. Qalan səslər isə digər dörd namizəd arasında bölüşdürülüb.

Nəticələr ilkindir və hələ də Konstitusiya Şurası tərəfindən təsdiqlənməsini gözlənilir.

Qeyd edək ki, 83 yaşlı Uattara 14 ildən çoxdur ki, dövlət başçısıdır.

Избранный
81
apa.az

1Источники