ain.az, Idman.biz portalına istinadən məlumat yayır.
IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan qadın 3x3 basketbol komandasının heyəti açıqlanıb.
İdman.Biz-in məlumatına görə, komandada Aleksandra Mollenhauer, Dina Ulyanova, Erika Karter və Brianna Freyzer yer alacaq.
Eyni komanda Avropa Kuboku və Qadınlar Dünya Seriyasında gümüş medal qazanıb.
İslam Həmrəyliyi Oyunları 7-21 noyabr tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçiriləcək.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.