RU

İlon Mask Vikipediyaya rəqib olaraq Grokipediyanı istifadəyə verdi

BAKI, 28 oktyabr. TELEQRAF

Amerikalı sahibkar İlon Mask "Wikipedia"ya alternativ olaraq "Grokipediya" adlı yeni məlumat portalını istifadəyə verib.

Teleqraf xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.

Qeyd olunur ki, saytın istifadəyə verildiyi vaxt 885 279 məqalə mövcud olub. Laki bəzi istifadəçilər saytın işində səhvlər olduğunu qeyd ediblər.

Bildirilir ki, bundan əvvəl Mask Vikipediyanı redaksiya siyasətinə görə tənqid etmişdi. Həmçinin, o, xAI şirkətinin Vikipediyanı qadağan olunmuş məlumatlar da daxil olmaqla yenidən yazacağını və nəticələri açıq şəkildə yayımlayacağını bəyan etmişdi.

Избранный
110
teleqraf.com

1Источники