RU

Makronun həyat yoldaşını təhqir etməkdə ittiham olunanlar məhkəməyə çıxarıldı

BAKI, 28 oktyabr. TELEQRAF

Parisdə Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijit Makronun internetdə təhqir olunması ilə bağlı məhkəmə prosesi başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İttiham olunanlar Brijit Makron ilə 47 yaşlı Emmanuel Makron arasındakı 24 illik yaş fərqi ilə bağlı təhqiramiz şərhlər yaymaqda günahlandırılırlar. 41-65 yaşları arasında 8 kişi və 2 qadın məhkəmə qarşısına çıxarılıb.

Brijit Makronun vəkili bildirib ki, prezidentin həyat yoldaşı ilk iclasa qatılmayıb və məhkəmədə iştirak etməyi planlaşdırmır.

İttiham olunanlar arasında seçilmiş məmur, qalereya sahibi, müəllim və “Amandin Rua” ləqəbli internet-ekspert 51 yaşlı Delfin J. var.

Избранный
133
teleqraf.com

1Источники