RU

Ukraynada müharibə başlayandan bəri 661 uşaq ölüb

BAKI, 28 oktyabr. TELEQRAF

Rusiya ilə müharibə başlayandan bəri Ukraynada 661 uşaq həlak olub, 2200-dən çox uşaq isə yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş prokuroru Ruslan Kravçenko məlumat verib.

Onun sözlərinə görə, hazırda Ukraynada uşaqlara qarşı zorakılıqla bağlı 5 363 cinayət işi araşdırılır. Məlumatda qeyd olunur ki, müharibə nəticəsində məktəblər, uşaq bağçaları və tibb müəssisələri zərər görüb, eləcə də minlərlə uşağın deportasiyası və qaçırılması ilə bağlı faktlar sənədləşdirilib.

Baş prokuror bildirib ki, Ukrayna bu halların hər birini beynəlxalq tərəfdaşlarla birlikdə sənədləşdirir və məsul şəxslərin beynəlxalq hüquq çərçivəsində cavab verməsi üçün iş aparılır.

Избранный
73
teleqraf.com

1Источники