RU

33 gün sonra nəşi tapılan QƏHRƏMAN – 18 yaşlı şəhid Miqdad Abduləlimovun HƏYAT HEKAYƏSİ – VİDEO

Vətənini canından çox sevirdi. 18 yaşında idi...

Ömrünün baharında, gəncliyinin ən parlaq çağında, torpaqlarımızın azadlığı uğrunda canından keçdi. Bu gün sizə Vətən Müharibəsinin ən gənc qəhrəmanlarından biri – şəhid Miqdad Faiq oğlu Abduləlimovdan danışacağıq.
 

Miqdad ailənin tək oğluydu. İki qızdan sonra dünyaya gəlmişdi. Orta məktəbi bitirib Bakıda Dövlət İqtisad Kollecində oxuyurdu. 2020-ci ilin aprelində təhsilini yarımçıq qoyub hərbi xidmətə yollandı.


2020-ci ilin 27 sentyabrında başlayan Vətən Müharibəsinə Miqdad da döyüşdüyü hərbi hissə ilə birgə qatıldı. Cəbhənin ən qaynar nöqtələrindən biri – Suqovuşan istiqamətində vuruşurdu.

28 sentyabrda düşmənin minomyot atəşi nəticəsində Miqdadın olduğu zirehli avtomobil vuruldu.

Onunla birlikdə baş leytenant Raqib Hüseynov, baş gizir Xəyal Aslanov, əsgərlər Əli Cəfərli, Eltun Kərimov, Səbuhi Məcidov və Ceyhun Xəlilov şəhid oldular.

Valideynləri Miqdadı 33 gün axtarıblar. DNT analizi ilə təsdiqlənib ki, tanınmaz halda olan 5 meyitdən biri Miqdaddır.

Ətraflı videosüjetdə:


Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim.Media

Избранный
49
2
bizim.media

3Источники