RU

ABŞ və Yaponiya saziş imzaladı

BAKI, 28 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp və Yaponiyanın yeni baş naziri Sanae Takaiçi nadir torpaq mineralları və digər strateji xammalın tədarükünü təmin etmək məqsədilə saziş imzalayıblar.

Teleqraf xəbər verir ki, tədbirin yayımı Ağ Evin "X" sosial şəbəkəsində aparılıb.

Razılaşma Çinin nadir torpaq metalları hasilatı və emalı texnologiyalarına ixrac nəzarəti tətbiq etməsi fonunda əldə olunub. Hazırda Çin bu sahədə dünya bazarının təxminən 70 faizinə nəzarət edir.

Tramp hazırda Yaponiyada üçgünlük işgüzar səfərdədir. Səfər çərçivəsində o, həmçinin imperator Naruhito ilə də görüş keçirib.

Избранный
51
teleqraf.com

1Источники