RU

Türkiyədə baş verən zəlzələdən sonra dörd bina uçub

Türkiyədə baş verən zəlzələdən sonra dörd bina uçub

Xəbər verildiyi kimi, Türkiyənin qərbində, Balıkesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, təbii hadisə nəticəsində dörd bina çöküb. İlkin məlumatlara görə, xəsarət alan və ya ölən yoxdur.

Türkiyə Daxili İşlər Nazirliyi rəhbəri Ali Yerlikaya bildirib ki, üç bina və içərisində mağazanın yerləşdiyi bir tikili çöküb. “Ölü və dağıntılar altında qalanlarla bağlı məlumat daxil olmayıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir,” – deyə NTV kanalı nazirin sözlərindən sitat gətirib.

Qeyd edək ki, zəlzələ yerli vaxtla 22:48-də Sındırgı bölgəsində, 5,9 km dərinlikdə baş verib. Bir sıra ərazilərdə sakinlər təhlükədən ehtiyat edərək evlərdən çıxıb küçələrdə qalırlar.

Baş vermiş ilkin təkandan sonra 3,5–4,2 bal gücündə bir neçə yeraltı təkan (afterşok) da qeydə alınıb.

Избранный
27
afn.az

1Источники