ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyalı jurnalist Kseniya Sobçak Ermənistanın Baş naziri Nikol Paşinyanın son paylaşımını ələ salıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
Belə ki, oktyabrın 28-də yayımlanan videoda Paşinyan “Survivor” sədaları altında kamera qarşısına keçib. O, yenidən əli ilə ürək işarəsi edərək, izləyicilərinə “sabahınız xeyir və sizi sevirəm” mesajı verib.
Sobçak da öz növbəsində Nikola belə reaksiya verib: “O, nəhayət Mixail Kruga (rusiyalı müğənni) müraciət edəcək, yoxsa daha nə qədər gözləməliyik? Başa düşmürəm”.
Jurnalist bununla da izləyicilərinə xatırladıb ki, hələ oktyabrın əvvəlində Paşinyan yaydığı videosunda Zemfiranın “Bağışla, məhəbbətim” trekini dinləyib.
Qeyd edək ki, Mixail Krug Rusiya musiqi səhnəsində və şanson janrında iz qoymuş bir sənətkardır. İfaçının faciəli ölümü onu daha da əfsanəvi simaya çevirmişdi. Belə ki, Mixail 2002-ci ildə Tverdə şəxsi evində silahlı hücum nəticəsində yaralanıb və səhər saatlarında vəfat etmişdi.
Բարի լույս, լավ օր եւ սիրում եմ բոլորիդ??
Posted by Nikol Pashinyan / Նիկոլ Փաշինյան on Monday, October 27, 2025
Günel Cəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.