RU

“Tesla”nı tərk edə bilər

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Tesla”nın direktorlar şurasının sədri Robin Denholm şirkətin səhmdarlarına xəbərdarlıq ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “CNBC” telekanalı yayıb. 

Bildirilib ki, səhmdarlar şirkətin baş direktoru İlon Maska təqribən 1 trilyon dollar həcmində təzminat paketinin ödənilməsinə səs verməsələr, milyarder şirkəti tərk edə bilər.

Qeyd edək ki, noyabrda “Tesla” səhmdarları idarə heyətinin Elon Maska növbəti 10 il ərzində 1 trilyon dollar ödənilməsi barədə təklifinə səs verəcəklər. Müqavilə həmçinin İ.Maskın şirkətdəki payını 13 faizdən 25 faizə qədər artıracaq. Bununla belə, amerikalı milyarder lazımi göstəricilərə nail olduqda bu məbləği əldə edəcək. Həmin göstəricilərə isə 1 milyon robot taksilərin istifadəyə verilməsi, şirkətin dəyərinin 8,5 trilyon dollara çatması, eləcə də 1 milyon insanabənzər “Optimus” robotlarının tədarükü və s. daxildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
qafqazinfo.az

2Источники