RU

Putin 44 günlük müharibədə İrəvandan görün nə tələb edib: Ermənilər açıqladı

“Rusiya Prezidenti Vladimir Putin 44 günlük müharibə zamanı Ermənistandan “İttifaq Dövləti”nə qatılmağı tələb edib”.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan deyib.

Siyasətçinin fikrincə, 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentinin gülləbaran edilməsinin arxasında duran məqsəd Ermənistanın məhv edilməsi olub:

“Ötən il 26 il ərzində biz həyatla ölümün sərhədində yaşamışıq - Ermənistan dövləti, olmayacaqmı sualı ilə. Dövlətimizlə bağlı bir çox dramatik hadisələr birbaşa 27 oktyabr hadisələri ilə əlaqəlidir. 44 günlük müharibə də məhz 27 oktyabrın birbaşa nəticəsidir. Putin müharibəni dayandırmaq üçün Ermənistanın “İttifaq Dövləti”nin (əslində Rusiyanın) tərkibinə daxil olmasını tələb edirdi. 27 oktyabr hadisələri Ermənistanda vassallıq yaratmışdı”.

Избранный
20
3
publika.az

6Источники