Vaşinqton Budapeştdən Moskva ilə ticarət bağlarını gücləndirməməsini tələb edir..
Poliqon Bloomberg Agentliyinə istinadən xəbər verir ki, ABŞ Macarıstana Rusiya nefti və qazından asılılığını azaltmağı təkid edir. ABŞ-nin NATO-dakı səfiri Mettyu Uitaker bildirib ki, Budapeştin Avropaya alternativ təchizatçılar tapmaq barədə dəstəyi davam etdiriləcək.
Bloomberg qeyd edir ki, Macarıstan Avropa İttifaqı ölkələri arasında Rusiya enerji resurslarından asılılığını ən yüksək səviyyədə saxlayan ölkələrdəndir. Buna baxmayaraq, baş nazir Viktor Orban Rusiya ilə ticarət əlaqələrini qorumaq məqsədilə “seçim imkanı yoxdur” arqumentini səsləndirib.
Macarıstan hökuməti bu günlərdə neft-qaz sahəsindəki alternativ marşrutlar üzərində, həmçinin dövlətə məxsus enerji şirkəti MOL Nyrt ilə məsləhətləşmələr aparır. Lakin Adriatik dənizi vasitəsilə Xorvatiyadan keçən alternativ marşrutun hələ təhlil mərhələsində olduğu bildirilir.
Poliqon.info