Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) maliyyə yoxlamaları həyata keçirilir.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, yoxlamalar TƏBİB-in tabeliyində olan bütün xəstəxanaları əhatə edir.
Artıq bir aya yaxındır davam edən nəzarət tədbirləri zamanı bəzi maliyyə pozuntularının aşkarlanması barədə məlumatlar var.