RU

ABŞ və Yaponiya nadir torpaq minerallarının tədarükü ilə bağlı razılıq əldə edib

ABŞ prezidenti Donald Tramp və Yaponiyanın yeni baş naziri Sanae Takaiçi nadir torpaq elementləri və strateji əhəmiyyətli mineralların tədarükünü təmin etmək məqsədilə əməkdaşlıq sazişi imzalayıblar.

Editor.az xəbər verir ki, bu barədə məlumatı Ağ Ev “X” sosial media platformasında yayıb.

Razılaşma Çin Xalq Respublikasının nadir torpaq metallarının hasilatı və emalı texnologiyalarına ixrac nəzarətini sərtləşdirməsindən sonra əldə olunub. Qeyd edək ki, hazırda Çin bu sahədə qlobal bazarın təxminən 70 faizinə nəzarət edir.

Tramp görüş zamanı Yaponiyanın ABŞ istehsalı olan silah və müdafiə texnologiyalarına böyük sifariş verdiyini bildirib. Ağ Evin Baş Qərargah rəisi isə iki ölkə arasında əldə edilən yeni ticarət sazişini “ədalətli və qarşılıqlı faydalı” adlandırıb.

Qeyd edək ki, ABŞ lideri hazırda üç günlük işgüzar səfərlə Yaponiyadadır. Donald Tramp səfər çərçivəsində Yaponiyanın imperatoru Naruhito ilə də görüş keçirib.

//Gülnarə Abasova, Editor.az

Избранный
23
editor.az

1Источники