RU

“İqlim dəyişmələri həllərinin təşviqi” adlı kitabça hazırlanıb

Gəncə şəhərində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təşəbbüslərin İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən “İqlim dəyişmələri həllərinin təşviqi” layihəsi çərçivəsində təlimlər üçün nəzərdə tutulmuş kitabça hazırlanmış və nəşr edilmişdir.

QHT.az xəbər verir ki, kitabçada təlimlərin əsas istiqamətləri, iqlim dəyişmələri ilə bağlı nəzəri biliklər, praktik nümunələr, həmçinin iştirakçılar üçün faydalı metodik materiallar toplanmışdır.

Nəşr edilmiş bu vəsait, təlim iştirakçılarının öyrənilən mövzuları daha dərindən mənimsəməsi və əldə edilən bilikləri praktik fəaliyyətlərdə tətbiq etməsi məqsədilə hazırlanmışdır.

Избранный
16
3
qht.az

4Источники