RU

Azərbaycan-Belarus strateji tərəfdaşlıq münasibətləri inkişaf edir

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Bakıda Azərbaycan Respublikası və BelarusRespublikası arasında iqtisadi əməkdaşlıq üzrə BirgəHökumətlərarası Komissiyanın 15-ci iclası keçirilir. İclasaAzərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədriSamir Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini,Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edir.

Trend-inməlumatına görə, iclasda tərəflər Azərbaycan və Belarus arasındamünasibətlərin yüksək səviyyədə olduğunu qeyd ediblər.

Bildiriblər ki, iki ölkə arasında strateji tərəfdaşlıq dövlətbaşçıları – Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenkoarasında formalaşmış qarşılıqlı etimad, səmimi siyasi dialoq vədostluq münasibətləri əsasında inkişaf edir.

Vurğulanıb ki, münasibətlərin müqayisəli üstünlüyü məhz müxtəlifsahələr üzrə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığıngenişlənməsində və yeni birgə layihələrin gerçəkləşdirilməsindəözünü göstərir.

Избранный
16
1
az.trend.az

2Источники