RU

Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlər 13%-ə yaxın artıb

BAKI, 28 oktyabr. TELEQRAF

2025-ci ilin sentyabr ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə ev təsərrüfatlarına cəmi kredit qoyuluşu 18 milyard 469.5 milyon manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.

Bu istiqamətdə ilin əvvəli ilə müqayisədə 7.71%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 12.85% artım olub. 2025-ci il oktyabrın 1-nə kredit portfelinin 59.5%-i ev təsərrüfatlarının payına düşüb.

Избранный
58
teleqraf.com

1Источники