RU

“Aztelekom” 2 beynəlxalq mükafata layiq görüldü

Bakı. Trend:

AZCON Holdinq şirkətlərindən olan “Aztelekom” MMCtelekommunikasiya və rəqəmsal inkişaf sahəsində həyata keçirdiyiuğurlu fəaliyyətə görə 2 nüfuzlu beynəlxalq mükafata layiqgörülüb.

Belə ki, şirkət Parisdə keçirilmiş Beynəlxalq Konqresçərçivəsində Ümumdünya Genişzolaqlı Əlaqə Assosiasiyası (WBBA)tərəfindən “Broadband for Digital Inclusion Excellence” mükafatıilə təltif edilib. Bu mükafat internet xidmətlərinə bərabər çıxışimkanlarının yaradılması, genişzolaqlı bağlantının regionlarayayılması və rəqəmsal bərabərliyin təmin olunması istiqamətində“Aztelekom”un həyata keçirdiyi layihələrin yüksəkqiymətləndirilməsidir. GPON (Giqabit Tutumlu Passiv Optik Şəbəkə)texnologiyasının genişmiqyaslı tətbiqi, internet sürətininyüksəldilməsi və xidmət keyfiyyətinin artırılması bu uğurun əsasınıtəşkil edir.

Eyni zamanda şirkət “HUAWEI Product Line” tərəfindən təqdimolunan “Best Practice of Net 5.5G Converged IP Network” mükafatınalayiq görülüb. “IPv6 Forum” tərəfindən təsdiqlənmiş bu mükafat“Aztelekom”un 400GE interkonnekt texnologiyasının tətbiqi, şəbəkəavtomatlaşdırılması və əməliyyat səmərəliliyinin artırılmasısahəsində qabaqcıl rolunu təsdiqləyir.

“Aztelekom”un bu uğurları ölkənin rəqəmsal transformasiyasınaverdiyi töhfənin, qabaqcıl texnologiyaların tətbiqindəki lidermövqeyinin və beynəlxalq səviyyədə artan nüfuzunun barizgöstəricisidir. Şirkət bundan sonra da Azərbaycanın rəqəmsalgələcəyinin qurulması və genişzolaqlı internet xidmətlərinin dahaəlçatan olması istiqamətində fəaliyyətini davam etdirəcək.

Məqalədə:
Избранный
13
6
az.trend.az

7Источники