RU

Kəndlərdə naxıra da QADAĞA?

Hazırda geniş yayılan dabaq xəstəliyi əvvəllər də mövcud olub, lakin son vaxtlar bu xəstəliyin yayılma sürəti artıb və qarşısını almaq mümkün olmur.

Xəstəliyin getdikcə daha geniş yayılması isə cəmiyyətdə ciddi narahatlıq yaradır. Heyvanlar arasında yayılan xəstəliyin günbəgün artmasının əsas səbəbi kimi naxır rejimin hələ də mövcud olması göstərilir.

Bu səbəbdən naxır rejimin ləğ edilməli olduğu ilə bağlı fikirlər səsləndirilir.

Bəs naxır rejimi xəstəliyin genişlənməsinə təsir edir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən baytar Cansu Məmmədova bildirib ki, xəstəlik əlaməti olmayan heyvanlar da peyvənd edilməlidir:

“Hazırda dabaq xəstəliyinə qarşı peyvəndləmə prosesi sürətlə baş versə də, bəzi heyvan sahiblərinin hələ də sağlam heyvanlara peyvənd etdirməməsidir. Belə olduğu halda sağlam heyvanla xəstə heyvan təmas edərək (həm otlaq həm naxır şəraitində) bir-birinə xəstəliyi ötürə bilir. 

Mütləq şəkildə yaxşı olar ki, kənd təsərrüfatı ilə məşğul olan hər kəs iri və xırdabuynuzlu heyvanını baytar həkiminə müayinə və peyvənd etdirsin”.

Избранный
22
cebheinfo.az

1Источники