RU

Volkan Demirel Super Liqaya geri döndü - SON DURUM

Türkiyə Super Liqasında baş məşqçi istefası reallaşıb. 

Fanat.Az xəbər verir ki, "Gənclərbirliyi" klubu baş məşqçi Hüseyin Eroğlu ilə vidalaşıb.

Məlumatı "Haberler.com" yayıb. 

52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Artıq onu əvəzləyəcək məşqçinin kimliyi də məlumdur. Mənbənin iddiasına görə, "Gənclərbirliyi" Volkan Demirel ilə anlaşıb. O, rəsmi imza üçün bu gün axşam saatlarında Ankarada olacağı bildirilir.

Qeyd edək ki, Hüseyin Eroğlu ötən ilin dekabr ayında "Gənclərbirliyi"nin baş məşqçisi postuna təyin olunmuşdu. 

Ankara təmsilçisi Super Liqada 10 turdan sonra 8 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Demirel bu ilin əvvəlində "Bodrumspor"dan ayrılıb. O, ötən ilin noyabrından rəhbərlik etdiyi Bodrum təmsilçisinu 12 oyuna çıxarıb, 2 qələbə, 7 məğlubiyyət və 7 heç-heçə ilə yadda qalıb. 

Mirağa

Избранный
34
fanat.az

1Источники