RU

ÇL-də məşhurlaşan 18 yaşlı qazax futbolçu Samirə ilə eşq yaşayır

Çempionlar Liqasının əsas mərhələsinin sensasion qəhrəmanlarından biri “Kayrat”ın qapıçısı Şerxan Kalmurzadır. Bu hekayə əsl nağılı xatırladır: Almatı klubunun Avropanın əsas klub turnirinə vəsiqə qazanması, əsas qapıçılar zədələndiyi üçün cəmi 18 yaşı olan gəncin “Sportinq” və “Real”a qarşı oynaması...

Gənc futbolçu üçün Lissabonda keçirilən oyun karyerasında cəmi ikinci matç idi və o, “Joze Alvalade” stadionunda hesab 0:0 olarkən penalti zərbəsini də qaytara bilmişdi. Bütün Qazaxıstan, o cümlədən Samirə Smakova onun uğuruna sevinirdi. Samirə Şerxan Kalmurzanın sevgilisidir.

O, 2005-ci ilin martında anadan olub. Bu yaz 20 yaşını qeyd edib və sevgilisindən 2 yaş böyükdür. Şerxan isə iyunda 18 yaşını tamamlayıb. Bu, böyük futbolda debütündən düz üç ay əvvələ təsadüf edir.

Samirə Qazaxıstan yığmasının sabiq futbolçusu Samat Smakovun qızıdır. Smakov ölkə futbolunun əfsanəsidir. O, eyni zamanda milli komandanın rekordçusudur. 2000-2016-cı illər arasında yığmada 76 oyun keçirib.

Избранный
41
publika.az

1Источники