Mərkəzi Afrika ölkəsi Kamerunda keçirilən seçkilərdə 92 yaşlı Paul Biyanın yenidən prezident seçildiyi açıqlanıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsinin məlumatına görə, Biya səslərin 53,7 faizini toplayaraq əsas rəqibi Issa Tçiroma Bakarini geridə qoyub. Bu, onun prezident kimi səkkizinci müddəti olacaq və o, daha 7 il ölkəni idarə edəcək.
43 ildir hakimiyyətdə olan Biya dünyanın ən yaşlı dövlət başçısı sayılır. O, ictimaiyyət qarşısında az görünür və vaxtının böyük hissəsini xaricdə, xüsusən İsveç Alp dağlarında keçirir.
Biyanın hakimiyyəti dövründə ölkədə təhsil sisteminin inkişafı və bəzi diplomatik uğurları qeyd olunsa da, korrupsiya, idarəetmədəki problemlər və təhlükəsizlik məsələlərinə görə tənqidlər də artır.