RU

Moskva və Nyu Delhi müştərək mülki təyyarə istehsalı barədə razılığa gəliblər

ain.az, Oxu.az saytına istinadən bildirir.

Moskvada BAK (Birləşmiş Aviasiya Korporasiyası) və "Hindustan Aeronautics Limited" (HAL) dövlət korporasiyası arasında "SJ-100" mülki təyyarələrinin istehsalı üzrə qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Hindistan şirkəti özünün "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

Məlumatda bildirilir ki, müştərək müəssisə daxili sifarişçilər üçün təyyarə istehsal edəcək. Bununla da Hindistanda ilk dəfə sərnişin təyyarəsi istehsal olunacaq. Ölkədə buna bənzər son layihə 1988-ci ildə reallaşdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
39
1
oxu.az

2Источники