RU

Şoyqu: Rusiyanın bir neçə ölkəyə parçalanması...

Qərb ölkələri Rusiyaya təzyiq göstərərək onun suverenliyini zəiflətmək və ölkəni bir neçə müstəqil dövlətə bölmək məqsədi güdür.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu "Arqumentı i Fakt" qəzetində dərc olunan məqaləsində yazıb.

Şoyqunun sözlərinə görə, bu məqsədə çatmaq üçün Qərb genişmiqyaslı antirusiya təbliğatı aparır, ölkənin tarixini, mədəniyyətini və mənəvi dəyərlərini hədəf alır. O, həmçinin Qərbin Rusiyada və MDB ölkələrində yaşayan xalqları bir-birindən uzaqlaşdırmağa çalışdığını qeyd edib.

Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, Rusiyaya qarşı qeyri-dost münasibət sərgiləyən hökumətlər ölkənin çoxmillətli quruluşunu zəiflik kimi dəyərləndirirlər və bunu cəmiyyət daxilində parçalanma yaratmaq üçün istifadə etməyə çalışırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
12
3
olaylar.az

4Источники