RU

“ABŞ dünyanın ən güclü ordusuna malikdir” - Donald Tramp

“Amerika silahlı qüvvələri dünyanın ən güclüsüdür və tezliklə daha da güclənəcək, ona görə də istənilən müharibədə qalib gələcəklər”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Yaponiyadakı Amerika hərbi bazasında çıxışı zamanı deyib.

"Birləşmiş Ştatlar dünya tarixində ən güclü və ən qüdrətli orduya malikdir. Bizim ordumuz kimi heç bir ordu yoxdur, hətta ona yaxını da yoxdur. Heç kimin bizimki kimi silahları yoxdur və tezliklə ABŞ ordusu əvvəlkindən daha güclü olacaq", - deyə siyasətçi vurğulayıb.

Amerika lideri qeyd edib ki, ABŞ hər hansı müharibələrdə iştirak etməkdən çəkinmək istərdi, lakin müharibədə iştirak etməli olsaydı, asanlıqla qalib gələrdi.

"Bundan sonra müharibəyə getsək, indiyə qədər heç kimin qalib gəlmədiyi kimi qalib gələcəyik. Bilirsiniz, müharibəyə getsək, ölkələri bombalayacağıq. Təbii ki, müharibəyə getməmək daha yaxşıdır, amma müharibəyə getsək, qalib gələcəyik", - deyə siyasətçi əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Избранный
33
missiya.az

1Источники