Amerikanın Amazon şirkəti 30 minə qədər əməkdaşını ixtisar etməyə hazırlaşır.
Busaat.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentlik qeyd edir ki, Amazonun 27,000 işçini ixtisar etdiyi 2022-ci ildən bəri ən böyük ixtisar mərhələsi bu həftənin əvvəlində başlaya bilər. Məlumata görə, ixtisarlar bir sıra əsas departamentlərə, o cümlədən insan resursları departamentinə, əməliyyatlar departamentinə, cihaz və xidmətlərin inkişafı departamentinə və şirkətin “Amazon Web Services” bölməsinə təsir edəcək.
Amazon-un baş direktoru Endi Jassi daha əvvəl açıq şəkildə həddindən artıq bürokratiya ilə mübarizə üçün süni intellektdən daha çox istifadə edilməsinin vacibliyini bəyan edib. Hesabatda qeyd olunur ki, ixtisarların yekun miqyası şirkətin maliyyə prioritetlərindən asılı olaraq düzəldilə bilər.
Yeganə