RU

Abenin qətlində şübhəli bilinən şəxs günahını etiraf edib

Abenin qətlində şübhəli bilinən şəxs günahını etiraf edib

2022-ci ildə Yaponiyada sui-qəsd nəticəsində öldürülən keçmiş Baş nazir Abe Şinzonun qətlində şübhəli bilinən şəxs üç ildən sonra keçirilən ilk məhkəmə prosesində günahını etiraf edib.

Kyodo News xəbər verir ki, 2012–2020-ci illərdə hakimiyyətdə olan və ölkənin ən uzun müddət vəzifədə qalan baş naziri ünvanına sahib Abenin 2022-ci ilin iyulundakı sui-qəsdi ilə bağlı iş üzrə ilk məhkəmə iclası keçirilib.

Nara Regional Məhkəməsində ifadə verən 45 yaşlı şübhəli Yamagami Tetsuya günahını etiraf edib.

Yamagaminin məhkəməsi 19 iclasdan ibarət olacaq və bu proses yanvarda başa çatacaq.

Qərarın elan olunacağı iclas isə 21 yanvar 2026-cı ildə keçiriləcək.

Избранный
29
afn.az

1Источники