ain.az, Bizimyol portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp Yaponiyaya səfəri zamanı hökumətin bağlanması səbəbindən maaş almayan Yokosuka Hərbi Dəniz Bazasında "USS Corc Vaşinqton" təyyarədaşıyan gəmisindəki hərbçilərin qarşısında rəqs edib.
Bizimyol.info xəbər verir ki, tədbir Ağ Evin "YouTube" kanalında yayımlanıb.
Dərc olunmuş görüntülərdə dövlət başçısının hərbçilərin qarşısında "YMCA" mahnısı sədaları altında kürsüdə rəqs etdiyi görünür. Onların çoxu onu lentə alıb və birlikdə rəqs edib.
1 oktyabrda ABŞ qanunvericilərin büdcə barədə razılığa gələ bilməməsi səbəbindən hökumətin bağlanmasına başlayıb. Bu, ölkə tarixində 22-ci və Trampın prezidentliyi dövründə dördüncü belə bağlanma oldu.
Bu fonda ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, hazırkı bağlanma davam edərsə, Amerika hərbçiləri 15 noyabr tarixinə qədər maaşlarında gecikmələrlə üzləşə bilərlər. Bu arada, Amerika hərbçiləri hazırda maaşlarını almırlar.
Bessent: "Düşünürəm ki, biz onlara noyabrın əvvəlində ödəniş edə biləcəyik, amma 15 noyabra qədər həyatlarını təhlükəyə atmağa hazır olan əsgərlərimiz və hərbçilərimiz maaşlarını ala bilməyəcəklər", - deyə bildirib.
Daha əvvəl Tramp bildirib ki, ABŞ "əvvəllər heç kimin etmədiyi kimi" müharibələrdə qalib gəlmək niyyətindədir.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.