RU

Tokayev və Stubb Orta Dəhlizin inkişafına dəstək oldular

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və finlandiyalı həmkarı Aleksandr Stubb Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM - Orta Dəhliz) inkişafına dəstəklərini ifadə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Akorda liderlərin bəyanatına istinadən məlumat yayıb.

K.Tokayev və A.Stubb Orta Dəhlizin inkişafında Qazaxıstanın əsas rolunu vurğulayıb.

Dövlət başçıları, həmçinin Avropa strategiyasının inkişafına dəstəklərini bildiriblər. Bu strategiya rəqəmsal texnologiyalar, enerji və nəqliyyat sahələrində infrastruktur investisiyaları vasitəsilə qlobal əlaqələrin inkişaf etdirilməsinə yönəlib.

Tərəflər Avropa İttifaqının "Global Gateway" layihəsinin həyata keçirilməsinə və Ukraynada hərtərəfli, ədalətli və davamlı sülhün tezliklə əldə edilməsinin vacibliyinə dəstək ifadə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
2
bakivaxti.az

3Источники