Aktual.az xəbər verir ki, bu barədə "Röyters” məlumat yayıb.
"Takaiçi Trampa ölkənin mərhum baş naziri Şinzo Abenin istifadə etdiyi qolf çubuğunu hədiyyə edib.
Təqdim olunan hədiyyələr arasında qızıl yarpaqla bəzədilmiş qolf topu və yapon çempion Hideki Matsuyamanın imzaladığı qolf çantası da olub. Hədiyyələr Tramp ilə Abe arasında qurulmuş şəxsi münasibətləri xatırladır.
Abenin siyasi varisi sayılan Takaiçi bu əlaqəni yenidən canlandırmağa çalışır. Analitiklərə görə, bu onun azlıqda olan hökumətini gücləndirmək və müdafiə xərcləri kimi çətin məsələlərdə dəstək qazanmağı üçün vacibdir”, - məlumatda bildirilib.