RU

Nargində türk əsirləri kitabının təqdimat mərasimi keçiriləcək

Newscenter.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Erenin Azərbaycana səfəri çərçivəsində "Nargində türk əsirləri" kitabının təqdimat mərasimi keçiriləcək.Newscenter.az Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən bildirir ki, təqdimat mərasimi oktyabrın 31-də baş tutacaq. Təqdimat proqramı Xəzər Universitetində reallaşacaq. Tədbirdə Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti nümayəndələri, media mənsubları iştirak edəcək.Qeyd edək ki, "Nargində türk əsirləri" kitabının müəllifi Akif Aşırlıdır.Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
1
newscenter.az

2Источники