RU

OpenAI mahnı və melodiyalar yarada bilən süni zəka musiqi aləti üzərində çalışır

Operativ MM portalından alınan məlumata görə, ain.az xəbər verir.

Süni intellekt "OpenAI" indi də musiqi dünyasına qədəm qoyur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"OpenAI" istifadəçilərin yalnız mətnlə komanda verərək yeni mahnılar, melodiyalar və səslər yarada biləcəyi bir süni zəka musiqi aləti üzərində çalışır.

"OpenAI" "ChatGPT"yə bənzər şəkildə işləyən, lakin bu dəfə mahnı yaratmağa yönəlmiş bir platforma qurmağı planlaşdırır. 

İstifadəçilər bu platformaya "melodik, emosional bir film musiqisi yarat” və ya “müasir R&B üslubunda bir parça hazırla” kimi sadə komandalar verərək musiqi yarada biləcəklər.

Hesabatda bildirilir ki, "OpenAI" bu layihə çərçivəsində "Juilliard School" tələbələri ilə əməkdaşlıq edir və musiqi məlumatlarının təlimində bu tələbələrin töhfələrindən istifadə olunur.

 Layihənin hazırda hansı mərhələdə olduğu isə hələ açıqlanmayıb.

Yeni platformanın, istifadəçilərin öz videolarına süni zəka vasitəsilə musiqi əlavə etməsinə də imkan verəcəyi qeyd olunur. 

Bu xüsusiyyət, qısa videolar və sosial media məzmunu hazırlayanlar üçün diqqətçəkən bir yenilik ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
40
1
operativmm.az

2Источники