“Yalnız qarşıdurmanın rədd edilməsi Avrasiyanı xilas edə bilər”.
Busaat.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Avrasiya təhlükəsizliyi üzrə III Minsk Beynəlxalq Konfransı zamanı deyib.
“Yalnız qarşıdurmadan imtina Avrasiyanı xilas edə bilər. Bizim qitəmizin dəyəri onun bir-birinə bağlı olmasındadır, ona görə də o, sonsuz və cəzasız olaraq döyüşən düşərgələrə parçalana bilməz”, – dövlət başçısı vurğulayıb.
Belarus lideri əmin olduğunu bildirib ki, Avrasiya ölkələrinin səy göstərməli olduğu məqsəd dinc, əməkdaşlıqlı inkişaf ideyasıdır.
Yeganə
 
                        