RU

Zahid Oruc Ağamalıların qalmaqalından danışdı: “Etik deyil”

Ana Vətən Partiyasının (AVP) oktyabrın 25-də keçirilən qurultayında qalmaqal yaranıb. Toplantıda təşkilatın yeni sədrinin seçilməsi məsələsi müzakirə edilib. Partiyanın sədri və keçmiş deputat Fəzail Ağamalı namizəd olmayıb. Onun yerinə iki övladı - oğlu Elçin Ağamalı və qızı, Milli Məclisin deputatı Günay Ağamalı namizədliyini irəli sürüb. Elə qalmaqal da bundan sonra başlayıb. F.Ağamalı qızının tərəfinin tutub, oğlunun sədr olmasına qəti etiraz edib. Amma Elçin Ağamalı atasının etirazlarına məhəl qoymayıb. O, namizədliyini səsverməyə çıxarıb. Özünün dediyinə görə 155 qurultay nümayəndəsindən 95-i ona səs verib. Lakin F.Ağamalı bunu qəbul etmir, hazırda partiya sədrinin özü olduğunu deyir.

“Yeni Sabah” AVP-də baş verənlərə vaxtilə bu siyasi təşkilatda sədr müavini olmuş Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Orucun münasibətini öyrənib.
O bildirib ki, hazırda Ana Vətən Partiyasının üzv olmadığı üçün məsələ barədə danışmaq istəmir: 
“Fəzail müəllimə sağlıq və şəfa arzulayıram. Partiyaya üzv olmadığımdan baş verənlərlə bağlı fikir söyləmək etik sayılmaz. Ona görə də geniş danışmayacam”.
Xatırladaq ki, Zahid Oruc 1992-ci ildə AVP-nin Mətbuat xidmətinin rəhbəri, sonralar sədrin siyasi məsələlər üzrə müavini olub. O, 2000, 2005, 2010-cu illərdə partiyanın namizədi kimi seçkilərə qatılıb və deputat seçilib. 2013-cü ildə prezidentliyə namizəd olduğuna görə partiyadan çıxarılıb.
Избранный
5
1
yenilik.az

2Источники