RU

Ağ Evin təzyiqinə baxmayaraq, Moskva və Dehli birgə təyyarə İSTEHSAL EDƏCƏK

Hindistan və Rusiya birgə sərnişin təyyarəsi istehsal edəcəklər.

Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Hindistan və Rusiya arasında yeni təyyarə layihəsi Ağ Evin artan təzyiqlərinə baxmayaraq, Moskva ilə Dehli arasındakı münasibətlərin stabilliyini göstərir.

Hindistanın dövlətə məxsus "Hindustan Aeronautics" şirkəti Rusiyanın Birləşmiş Təyyarə Korporasiyası (UAC) ilə "SJ-100" mülki təyyarələrinin istehsalı ilə bağlı müqavilə imzalayıb.

"Bu, Hindistanda tam təchizatlı sərnişin təyyarəsinin istehsal olunacağı ilk layihədir. HAL və UAC arasındakı əməkdaşlıq təşkilatlar arasında qarşılıqlı etimadın nəticəsidir", - məlumatda deyilir.

Musavat.com

Избранный
25
musavat.com

1Источники