RU

İtaliya müdafiə naziri: Ukrayna itirdiyi əraziləri geri ala bilməyəcək

BAKI, 28 oktyabr. TELEQRAF

“Ukrayna Rusiya tərəfindən ələ keçirilmiş əraziləri geri qaytara bilməyəcək”.

Teleqraf xəbər verir ki, bunu İtaliya müdafiə naziri Quido Krozetto deyib.

“Hər kəs hesab edir ki, 2014-cü il və 2022-ci ilin fevralından sonra itirilmiş əraziləri geri almaq mümkün deyil. Rusiya onları heç vaxt geri verməyəcək, Ukrayna isə hətta bizim köməyimizlə belə onları özbaşına geri ala bilməyəcək”, - o qeyd edib.

Krozetto iddia edib ki, Rusiya üçün bu ərazilərin danışıqlar mövzusu olması mümkün deyil, çünki onların “status”u Rusiya Konstitusiyasında təsbit olunub.

Избранный
59
2
teleqraf.com

4Источники