RU

Lukaşenko SƏRT DANIŞDI: “Bəhanədir”

Belarus prezidenti Aleksandr Lukaşenko Litvanın sərhədləri bağlamasına sərt reaksiya verib və bu addımı “absurd bəhanə” adlandırıb.

KONKRET.az xəbər verir ki, Lukaşenko III Minsk Avrasiya Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib:

“Onlar sərhədi bağlamaq üçün absurda çevrilmiş bir bəhanə tapıblar — hava şarları. Hətta belə kiçik ölkə üçün, Litva kimi bir dövlət üçün, bu çox xırda hərəkətdir.”

Eyni zamanda Belarus lideri məsələdə günahkar olduğu sübut edilərsə, üzr istəməyə hazır olduğunu bildirib:

“Əgər biz doğrudan da hava zondları ilə Litvaya qaçaqmal göndərmişiksə, mən üzr istəməyə hazıram.”

Hadisə, Litva sərhədçilərinin Belarusdan göndərildiyi iddia edilən mетеozondlarda qaçaq malların aşkarlandığını açıqlamasından sonra baş verib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
11
1
konkret.az

2Источники