RU

Şok: ''İnter''in qapıçısı 81 yaşlı kişinin ölümünə səbəb oldu!

''İnter''in ikinci qapıçısı Xosep Martines şok bir xəbərlə gündəmə gəlib.

"Football-plus.az" xəbər verir ki, ispaniyalı qapıçı maşını ilə qəzaya və 81 yaşlı kişinin ölümünə səbəb olub! Hadisə oktyabrın 28-də yerli vaxtla saat 09.30 radələrində Komo şəhərinin Feneqro əyalətində baş verib.

81 yaşlı kişi yolun kənarı ilə elektrikli əlil arabasında hərəkət edirmiş. Hadisə şahidlərinin sözlərinə görə həmin kişi arabanın idarəetməsini itirərək birdən yolun qarşı tərəfinə çıxıb. Həmin anda isə qarşı tərəfdən məhz Xosep Martinesin maşını gəlirmiş. 27 yaşlı əlcək sahibi toqquşmadan qaça bilməyib. ''La Reppublica''nın yaydığı məlumata görə bir müddət öncə infarkt keçirən və onsuz da yarımcan vəziyyətdə olan yaşlı adam hadisə yerindəcə dünyasını dəyişib. Baxmayaraq ki, ora dərhal təcili tibbi yardım və hətta helikopter yardımı da gəlib.

Polislər hadisə ilə bağlı araşdırmaya başlayıblar. Martines heç bir xəsarət almasa da, hələ də hadisənin şokunu üzərindən ata bilməyib. Bu olay üzündən ''İnter''in baş məşqçisi Kristian Kivunun ''Fiorentina'' ilə oyunöncəsi mətbuat konfransı ləğv edilib

Избранный
38
football-plus.az

1Источники