Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycanda 18 yaşadək uşağı olan ev təsərrüfatlarının ümumi sayı 1 347 534 olub.
Bu göstəricilər 2019-cu il məlumatlarına əsaslanır. Bu barədə “Cebheinfo.az”-ın sorğsuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.
Rəsmi statistikaya əsasən, ölkədə 1 uşaqlı ev təsərrüfatlarının sayı 422 989, 2 uşaqlıların sayı 557 814, 3 uşaqlıların sayı 256 261, 4 uşaqlıların sayı 71 151, 5 uşaqlıların sayı 23 150, 6 uşaqlıların sayı 9 332, 7 və daha çox uşağı olan ev təsərrüfatlarının sayı isə 6 837 olub.
Qeyd edək ki, bu məlumatlar beynəlxalq metodoloji tövsiyələrə uyğun olaraq hər 10 ildən bir əhalinin siyahıyaalınması nəticəsində formalaşdırılan yekun göstəricilərə əsaslanır.
Gülər
“Cebheinfo.az”
Açar sözlər:
ailə uşaq Dövlət Statistika Komitəsi
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.