Keniyada təyyarə qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, hadisə səhər saatlarında Mombasa şəhərində baş verib. Qəza nəticəsində 11 nəfər həlak olub.
Keniya Mülki Aviasiya İdarəsinin məlumatına görə, kiçik təyyarədə ölən 11 nəfərdən 8-i Macarıstan, 2-si isə Almaniya vətəndaşı olub.
Keniya mətbuatı yazır ki, təyyarə qəzadan sonra yanıb və sərnişinlərin meyitləri tanınmaz hala düşüb.