"Kəpəz" Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Ağstafa Gəncləri"ni 6:1 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib:
“Əsasən çempionatda az şans qazanan oyunçularımızı yoxlamaq istədik. Onlara fiziki vəziyyətlərini düzəltmək, komandaya uyğunlaşmaq şansı yaratdıq. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Növbəti oyuna hazırlaşırıq. Çempionat matçında daha yaxşı “Kəpəz” görmək istəyirik. Əvəzedici komandadan dəvət etdiyimiz bir neçə futbolçu var idi. Gənc oyunçulardı. İstəyirdik ki, komandaya daha tez uyğunlaşsınlar. Gələcəkdə əsas komandaya dəvət olunanda artıq müəyyən təcrübələri olsun”.
Günün canlı yayımlanacaq matçları
Millimizin İslandiya və Fransa yığmalarına qarşı matçlarının biletləri satışa çıxarılıb
“Kəpəz” gürcüstanlı futbolçu ilə yollarını ayırıb - RƏSMİ
“Neftçi”dən azarkeşlərinə şad xəbər: KUBOK MATÇINA GİRİŞ PULSUZ OLACAQ
Daniel Seqovia: “Neftçi”də qalmaq istədim, amma alınmadı”